...

Qızıl, gümüş və platin rekord qiymətlərə çatıb

Dünya xəbərləri Materials 24 Dekabr 2025 14:58 (UTC +04:00)
Qızıl, gümüş və platin rekord qiymətlərə çatıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Yeni ildən əvvəlki son ticarət günündə qiymətli metallar bazarında ciddi artım müşahidə olunub.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, qızılın unsiya qiyməti tarixdə ilk dəfə 4500 dollar həddini keçərək 4525 dollara qədər yüksəlib. Bu, qızılın son 12 gündə 11-ci dəfə bahalaşmasıdır və 2025-ci ildəki ümumi artımı 70%-dən çoxa çatdıraraq 1979-cu ildən bəri ən yaxşı göstəricini təmin edib.

Oxşar yüksəliş gümüş və platin bazarlarında da qeydə alınıb. Gümüşün unsiyası 72,16 dollara, platin isə 2333,80 dollara yüksələrək tarixi zirvələrə çatıb.

Analitiklər bu artımı investorların geosiyasi və iqtisadi qeyri-müəyyənliklər fonunda təhlükəsiz aktivlərə üz tutması ilə izah edirlər. Eyni zamanda, 2026-cı ildə ABŞ-də faiz dərəcələrinin aşağı salınacağı və dolların zəifləyəcəyi gözləntiləri də qiymətli metallara marağı artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti