...

Cəmiyyətin həssas təbəqələrinə biganəlik narazılığın əsas amillərindən biridir – İran prezidenti

Dünya xəbərləri Materials 21 Yanvar 2026 17:54 (UTC +04:00)
Cəmiyyətin həssas təbəqələrinə biganəlik narazılığın əsas amillərindən biridir – İran prezidenti
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cəmiyyətin həssas təbəqələrinə biganəlik narazılıqların baş verməsinin əsas amillərindən biri hesab olunur.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (21 yanvar) Tehranda İranda baş verən etiraz aksiyalarla bağlı İranın təhlükəsizlik naziri Seyid İsmayıl Xətibin hesabatının dinlənilməsindən sonra deyib.

Onun sözlərinə görə, ölkənin bütün qurumları və orqanları həssas təbəqələrin problemləri və tələblərinə etina etməzlərsə, artıq həmin təbəqələrin zorakılığa yönəlməməsi və hakimiyyətdən uzaqlaşmamasını gözləmək olmaz.

Pezeşkian bildirib ki, qanun çərçivəsində addımların atılması ilə yanaşı vətəndaşları qane etmək ciddi şəkildə izlənilməlidir. İranda bütün aidiyyəti qurumlar və məsul şəxslər vətəndaşlara düzgün, məntiqli və qənaətbəxş cavablar verməlidir.

İran prezidenti deyib ki, istənilən dövlət idarəsində hər bir məsul şəxs həmrəylik, koordinasiya, dialoq və anlaşma ilə qarşılıqlı anlaşmaya şərait yaratmalıdır.

İclasda İran xarici işlər naziri Seyid Abbas Əraqçi İranda baş verən son hadisələrlə əlaqədar bölgədə sabitliyin güclənməsi istiqamətində effektiv addım olaraq qonşu ölkələrin müsbət və konstruktiv rolunu qeyd edib.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti