...

İndoneziya bu ölkədən ilk "Rafale" qırıcılarını təhvil aldı

Dünya xəbərləri Materials 26 Yanvar 2026 20:56 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziya Fransa ilə imzalanmış milyardlarla dollarlıq müdafiə sazişi çərçivəsində ilk Rafale döyüş təyyarələrini təhvil alıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Fransa istehsalı olan üç Rafale qırıcısı artıq ölkəyə çatdırılıb və istifadəyə hazırdır.

Nazirliyin sözçüsü Riko Rikardo Sirait bildirib ki, təyyarələr cümə günü İndoneziyaya gətirilib və Sumatra adasının qərbində yerləşən Pekanbaru şəhərindəki Roesmin Nurjadin aviabazasında yerləşdirilib. Onun sözlərinə görə, ilin sonunadək daha üç Rafale təyyarəsinin də ölkəyə gətirilməsi gözlənilir.

İndoneziya 2022-ci ildə Fransa ilə təxminən 8 milyard dollar dəyərində müqavilə imzalayaraq ümumilikdə 42 Rafale döyüş təyyarəsi sifariş edib. Müqavilə ötən il genişləndirilib və Fransadan hərbi gəmilər və sualtı qayıqların alınmasını da əhatə edir.

Qeyd edək ki, prezident Prabovo Subiantonun rəhbərliyi altında ölkə müdafiə xərclərini artıraraq köhnəlmiş hərbi texnikanı yeniləməyə çalışır. İndoneziya Rafale ilə yanaşı Çin istehsalı J-10, ABŞ-ın F-15EX qırıcıları, eləcə də Türkiyənin beşinci nəsil KAAN döyüş təyyarələrinin alınmasını da nəzərdən keçirir. Bundan əlavə, ölkə Pakistanla döyüş təyyarələri və hücum dronlarının alınması üzrə mümkün əməkdaşlığı müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti