...

Səudiyyə Ərəbistanı "Mukaab" göydələninin tikintisini dayandırdı

Dünya xəbərləri Materials 27 Yanvar 2026 13:38 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanı hakimiyyəti paytaxtı Ər-Riyadın biznes rayonunda yerləşən “Mukaab” kub formasındakı göydələnin tikintisini dayandırmaq qərarına gəlib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, tikintinin dayandırılması layihənin maliyyələşdirilməsinin yenidən nəzərdən keçirilməsi və realizasiya imkanlarının qiymətləndirilməsi ilə bağlıdır. Qeyd olunur ki, ölkə hakimiyyəti futuristik layihələrə böyük xərclərdən daha ehtiyatlı və potensial mənfəətli investisiyalara keçid edir.

“Reuters” agentliyi yazır ki, tikintinin dayandırılmasının digər səbəbi kimi dünya bazarında neftin qiymətinin düşməsi ola bilər.

“Mukaab” göydələni dünyanın ən böyük qübbə displeyli 400x400 metr ölçülü kub şəklində layihələndirilib. Onun daxili sahəsi təxminən 2 milyon kvadrat metr təşkil etməli idi. Kompleksdə 104 min mənzilin yerləşdirilməsi nəzərdə tutulmuşdu. “Mukaab”ın inşası ölkənin iqtisadi transformasiya proqramı olan “Saudi Vision 2030” çərçivəsində aparılırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti