Bakı. Trend:
İspaniya hökuməti Əndəluz muxtar icmasında baş vermiş dəmir yolu qəzasından zərər çəkənlərə təxminən 20 milyon avro məbləğində yardımın ayrılması haqda sərəncam verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın nəqliyyat naziri Oskar Puente mətbuat konfransında bildirib.
“Zərərçəkənlər əvvəlki illərdə baş verən qəzalar zamanı olduğu kimi, tibbi xərcləri, psixoloji yardım və səfər xərclərini qarşılamağa imkan verən maliyyə dəstəyini almaq üçün gözləməməlidirlər. Ümumilikdə, yardım və ilkin ödənişlər nəzərə alınmaqla, məbləğ 20 milyon avro təşkil edir”, – deyə nazir vurğulayıb.
Xatırladaq ki, 18 yanvar 2026‑cı il tarixində İspaniyanın cənubunda, Əndəluz bölgəsində iki yüksək sürətli qatarın toqquşması nəticəsində təxminən azı 39 nəfər həlak olub və yüzlərlə sərnişin yaralanıb.
