Bakı. Trend:
ABŞ-də beynəlxalq hava limanlarından birində nəzarətsiz baqaj aşkarlandıqdan sonra sərnişinlərin kütləvi təxliyəsi həyata keçirilib.
Trend xəbər verir ki, bu barədə PYOK nəşri məlumat yayıb.
Hadisə yanvarın 25-də Mayami Beynəlxalq Hava Limanında baş verib. Aeroport əməkdaşları 21-ci çıxış qapısının yaxınlığında sahibsiz çanta aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Hadisə yerinə gələn polis əməkdaşları çantanı şübhəli hesab edərək təhlükəsizlik məqsədilə bütün sərnişinlərə terminalı tərk etmək barədə göstəriş veriblər.
Təcili təhlükəsizlik tədbirləri nəticəsində 185 reysin gecikdiyi, 148 reysin isə ləğv edildiyi bildirilir. Qeyd olunur ki, reys cədvəlindəki dəyişikliklərə hava şəraitinin pisləşməsi də təsir göstərib.
