...

Çində mütəşəkkil cinayətkar dəstə üzvləri edam olundu

Dünya xəbərləri Materials 29 Yanvar 2026 10:39 (UTC +04:00)
Çində mütəşəkkil cinayətkar dəstə üzvləri edam olundu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin Myanmadan olan mütəşəkkil cinayətkar dəstələrlə bağlı 11 cinayətkarı edam edib. Həmin dəstələrə telekommunikasiya (onlayn) dələduzluğu ilə məşğul olan qrupların əsas üzvləri də daxil idi.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Həmin şəxslər sentyabr ayında ölüm cəzasına məhkum edilmiş, edam hökmü isə şərqi Çjetszyan əyalətinin Vencou şəhərindəki məhkəmə tərəfindən icra olunmuşdur. Agentlik cinayətkarlar barədə əlavə detallar təqdim etməyib.

Son illərdə Çin regionda geniş yayılmış “fırıldaqçı mərkəzlərə” qarşı mübarizəni gücləndirmək məqsədilə Cənub-Şərqi Asiya qonşuları - Tailand, Myanmar və Kamboca ilə əməkdaşlığı artırıb.

Transmilli mütəşəkkil cinayət üzrə ekspertlərin sözlərinə görə, bunun nəticəsində on minlərlə şübhəli şəxs öz ölkələrinə geri qaytarılıb. Ötən il Çinin İctimai Təhlükəsizlik Nazirliyi bildirib ki, onlayn qumar və telekommunikasiya dələduzluğunda şübhəli bilinən 7 600-dən çox Çin vətəndaşı Tailandla sərhəddə yerləşən Myanmanın Myavaddi şəhərindən repatriasiya edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti