...

Tramp məşhur müğənniyə “qızıl kart” hədiyyə etdi (FOTO)

Dünya xəbərləri Materials 29 Yanvar 2026 11:15 (UTC +04:00)
Tramp məşhur müğənniyə “qızıl kart” hədiyyə etdi (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Trinidad əsilli müğənni Nikki Minaj ABŞ Prezidenti Donald Trampa açıq şəkildə verdiyi dəstəyə görə ABŞ-də daimi yaşayış hüququnu təmin edən "Trump Gold Card" (Trampın Qızıl Kartı) alıb.

Trend xəbər verir ki, bu barədə ifaçı X sosial şəbəkəsində məlumat verib.

“Hazırda möhtəşəm və səxavətli prezidentim sayəsində vətəndaşlıq sənədlərimin rəsmiləşdirilməsini yekunlaşdırıram. Vəsatətiniz üçün təşəkkür edirəm! Siz olmasaydınız, bunu bacarmazdım. Vətəndaş Nikki, sən zirvədəsən”, – deyə müğənni yazıb.

Minaj vurğulayıb ki, kartı ödənişsiz əldə edib, halbuki proqram ilkin olaraq xarici investorlar üçün nəzərdə tutulmuşdu və ABŞ-da daimi yaşayış hüququ üçün 1 milyon dollar məbləğində ödəniş tələb edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti