...

Ukrayna ilə NATO arasında əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirildi

Dünya xəbərləri Materials 1 Fevral 2026 00:46 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna və NATO qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri üzrə razılığa gəliblər. Bu istiqamətlərə, ilk növbədə, ölkənin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi daxildir.

Trend xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

Məlumatda qeyd olunub ki, müdafiə naziri Mixaylo Fedorov alyansa, xüsusilə PURL təşəbbüsü çərçivəsində göstərilən yardımın səmərəli şəkildə əlaqələndirilməsinə görə minnətdarlığını bildirib və hazırda əsas prioritetin hava məkanının mühafizəsi olduğunu vurğulayıb.

Razılaşdırılmış prioritetlər sırasında “Patriot” zenit-raket komplekslərinin imkanlarının artırılması, çoxməqsədli “F-16” qırıcılarının və “HIMARS” reaktiv yaylım atəşi sistemlərinin tədarükü, eləcə də texnoloji üstünlüyün təmin olunması məqsədilə birgə fəaliyyət yer alır.

Bununla yanaşı, tərəflər qərarların daha çevik qəbul edilməsi və tədarük prosesinin sürətləndirilməsi məqsədilə “Ramştayn” formatında koordinasiyanın gücləndirilməsini də müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti