...

Krans-Montanada ölənlərin sayı 41-ə çatdı

Dünya xəbərləri Materials 1 Fevral 2026 21:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrənin Krans-Montana kurortunda barda baş verən yanğın nəticəsində ölənlərin sayı 41-ə çatıb.

Trend xəbər verir ki, məlumatı "Blick" qəzeti yayıb.

Qəzetin məlumatına görə, 18 yaşlı İsveçrəli qadın yanvarın 31-də Sürix xəstəxanasında yanıqlardan vəfat edib.

Xatırladaq ki, yanvarın 1-nə keçən gecə İsveçrənin mərkəzindəki məşhur xizək kurortu Krans-Montanadakı Le Constellation barında yanğın baş verib. Yanvarın 2-də polis 40 nəfərin ölümünü təsdiqləmiş və 119 nəfərin yaralandığını bildirmişdi.

Xəbər lenti

Xəbər lenti