...

“Fytia” qasırğası Madaqaskarda ciddi fəsadlara yol açdı

Dünya xəbərləri Materials 2 Fevral 2026 02:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Madaqaskarda “Fytia” tropik qasırğasından cəmi bir neçə saat sonra ciddi fəsadlar qeydə alınıb. Milli Risk və Fəlakətlərin İdarə Olunması Bürosunun (BNGRC) məlumatına görə, ölkənin beş regionunda — Boeni, Analamanqa, Melaki, Sofiya və Vakinankaratrada ümumilikdə 22 mindən çox zərərçəkən qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə rəsmi mənbələr məlumat yayıb.

İlkin məlumatlara əsasən, paytaxt yaxınlığında bir evin uçması nəticəsində iki nəfər həlak olub. Sel sularının apardığı bir nəfər itkin düşmüş hesab olunur, beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Təxminən 8 500 nəfər müvəqqəti sığınacaqlara və ya yaxınlarının evlərinə köçürülüb.

Maddi ziyanın da böyük olduğu bildirilir. Ümumilikdə 4 646 ev su altında qalıb, 104 ev zədələnib, 813 ev isə tamamilə dağılıb. Qasırğa təhsil infrastrukturuna da ciddi zərər vurub.

Qeyd olunur ki, “Fytia” tropik qasırğası Madaqaskara şimal-qərbdən daxil olub. Güclü küləklər və intensiv yağışlarla müşayiət olunan qasırğa ölkənin mərkəzi hissəsindən keçdikdən sonra zəifləyib və şərq sahillərindən dənizə çıxıb. Dənizə çıxdıqdan sonra isə yenidən şiddətlənərək qonşu adalar üçün potensial təhlükə yaradıb.

Xəbər lenti

Xəbər lenti