...

Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb – ölənlər var

Dünya xəbərləri Materials 9 Fevral 2026 10:19 (UTC +04:00)
Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb – ölənlər var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyada ölkənin silahlı qüvvələrinə aid “AH-1S Cobra” həmlə helikopteri qəzaya uğrayıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, insident Qapyunq əyalətində təlim uçuşu zamanı baş verib və helikopterin yerə çırpılması nəticəsində göyərtədə olan hər iki heyət üzvü həyatını itirib.

Hələlik qəzanın səbəbləri aydın deyil.

Qurbanlar toqquşmadan sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılsalarda , həkimlər onların həyatını xilas edə bilməyib.

Qəza ilə əlaqədar Koreya ordusunda “AH-1S” helikopterlərinin istismarı qəza səbəbləri tam aydınlaşdırılana qədər, qeyri-müəyyən müddətə dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti