Trend agentliyinin məlumatına əsasən, Aprelin 20-21-də Avropa Birliyi (AB) "Üçlüyü"nün nümayəndə heyəti Tbilisiyə gəlir. Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib ki, üçlüyün tərkibinə AB-ın Avstriyalı dövlət naziri Hans Vinkler, AB-ın Cənubi Qafqazda nümayəndəsi Piter Semnebi, AB-ın Xarici Əlaqələr üzrə Komissyasının Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya İdarəsinin rəisi Kurt Yul, Avropa Komissiyasının Gürücstan və Ermənistandakı missiyasının rəhbəri Torben Xoltse və AB Baş Şurasının zabiti Paulo Barosso daxildir.
Səfər çərçivəsində Gürcüstan prezidenti Mixail Saakaşvili, baş nazir Zurab Noqadeili, xarici işlər naziri Gela Bejuaşvili, dövlət naziri Giorgiy Baramidze və dövlət nazirinin müavini Giorgiy Xaindrava ilə görüşlər keçiriləcək.
Göşürlər zamanı tərəflər Gürstan-AB əməkdaşlığını müzakirə edəcək. Bu haqda "Kavkaz-Press" agentliyi xəbər verir.