...

Moskva hökuməti Basman bazarını rəsmən ləğv edib

Dünya xəbərləri Materials 24 Aprel 2006 15:51 (UTC +04:00)

Moskva hökuməti "Basman bazarı" dövlət unitar müəssisəsini ləğv edib. Bu barədə paytaxt administrasiyasından məlumat verilib. Trend in verdiyi məlumata görə, bu ilin fevralında bazarın dam örtüyünün uçması nəticəsində 66 nəfər həlak olub ki, onların əksəriyyəti azərbaycanelılar olub.

Moskva hökuməti nəzdində fəaliyyət göstərən dövlət unitar və xəzinə müəssisələrinin fəaliyyətlərinin nizamasalınma idarələrarası komissiyası "fövqəladə şəraitdə (iri qəza zamanı)" bazarın binasının, dövlət unitar müəssisəsinin əsas istehsal aktivlərinin itirildiyini etiraf edib. Bununla əlaqədar, şəhər administrasiyası "müəyyən olunmuş qaydada Moskva şəhər istehlak bazarı və xidmət departamentinin tabeçiliyində olan "Basman bazarı" DUM-ni ləğv etməyi" qərara alıb.

Bu qərarın reallaşdırılması üçün təsviyyə komissiyası yaradılıb. Bundan əlavə, DUM-nin kreditor borclarının ödənilməsi məqsədilə tədbirlər həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti