İranın dini lideri ayətullah Əli Xamneyi çərşənbə axşamı bəyan edib ki, Tehran öz nüvə texnologiyalarını başqa ölkələrə verməyə hazırdır. Trend agentliyinin məlumatına əsasən, belə bir bəyanat Sudan prezidenti Ömər əl-Bəşirlə görüşdə səsləndirilib. Əvvələr Sudan bildirirdi ki, ölkə atom elektrik stansiyası tikməyi nəzərdən keçirir.
"İranın nüvə potensialı ölkənin müxtəlif imkanlarından biridir. İran İslam Respublikası öz alimlərinin təcrübə, bilik və texnologiyalarını başqa ölkələrə ötürməyə hazırdır" - deyə Xamneyi qeyd edib. Bu barədə "Röyter" xəbər verir.