İranın Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani bazar ertəsi, mayın 8-də bir günlük səfərlə Türkiyəyə gedib.
Trend in verdiyi məlumata görə, Tehranın nümayəndəsi Ankarada Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanla, eləcə də digər yüksək səviyyəli şəxslərlə görüşəcək. Görüşlərdə əsas mövzunun İranın nüvə proqramı ilə bağlı olacağı ehtimal edilir.
Qeyd etmək lazımdır ki, Türkiyə İranın atom proqramının dinc məqsədlərə yönəlməsi barədə Qərbin tələblərini dəstəkləsə də, sanksiyaların tətbiqi, xüsusilə də, hərbi zərbələr endirilməsi əleyhinə çıxır. Bu barədə MIGNews məlumat yayıb.