...

Norveçin Greenoak şirkəti Batumi limanını idarə etmək hüququ əldə edib

Dünya xəbərləri Materials 13 May 2006 12:26 (UTC +04:00)

Norveçin Greenoak şirkəti Batumi dəniz limanını 49 il müddətinə idarə etmək hüququ əldə edib. Trend in verdiyi məlumata görə, bu barədə Gürcüstanın baş naziri Zurab Noqaideli özəlləşdirmə tenderinin keçirilməsi prosedurlarının başa çatmasından sonra bəyan edib.

Greenoak 5 rəqabət aparan şirkəti geridə qoyaraq obyekt üçün 92 mln dollar (başlanğıc qiymət 35 mln dollar olub) təklif edib.

Greenoak Batumi neft terminalının, eləcə də, bir sıra Batumi neft təsərrüfatı obyektlərinin sahibidir. Bu barədə Praym-nyus məlumat verib.

Xəbər lenti

Xəbər lenti