"Konservatorlar" və "Respublikaçılar" elekrtik enerjisi tariflərinin artırılmasını korrupsiya sövdələri ilə əlaqələndirir və əhalini enerjinin bahalaşmasına qarşı etiraza səsləyir.
Trend in xəbər verdiyi kimi, mayın 21-də "Konservator"ların nümayəndəsi Zviad Dzidziquri və "Respublikaçı" Temur Nerqadze parlamentdə mətbuat konfransı keçirib və cəmiyyəti saat 10:00-da energetikanın tənzimlənməsi üzrə Gürcüstan Milli Komissiyasının qarşısında etiraz akisiyası keçirməyə çağırıb.
"Heç kim düşünməsin ki, tariflərin artması mücərrəd təhlükədir. Bu, heç bir ailədən yan keçməyəcək və sonra gec olacaq", - deyə Z.Dzidziquri qeyd edib.
Onun sözlərinə görə, tarifin artması hökumətin enerji şirkətləri ilə korrupsiya əsasında aparılmış sövdələrinin nəticəsidir. Belə ki, hazırkı hökumət "Vətəndaşlar Birliyi" təcrübəsinə malikdir. Bu barədə Qruziya Online xəbər verir.