Bazar ertəsi Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransanın xarici siyasət idarələri rəhbərləri və Avropa Birliyinin nümayəndəsi Nyu-Yorkda İranın nüvə problemini müzakirə edəcək.
Trend in xəbər verdiyi kimi, BMT-nin Təhlükəsizlik Şurası Paris və Londonun təklif etdiyi İranla bağlı qətnamənin layihəsinə dair məsləhətləşmələri davam etdirir. Sənəd hüquq nöqteyi-nəzərindən uranın zənginləşdirilməsi istiqamətində işləri dayandırmağı İranın öhdəsinə qoyur və burada Tehrana qarşı sanksiyaların tətbiqinə də imkanlar açılır. Rusiya və Çin isə buna etiraz edir.
İran tsə TŞ tərəfindən Tehranı qane etməyən qətnamənin qəbul edildiyi təqdirdə MAQATE-dən çıxmaqla hədələyir. Bu barədə "svobodanews" xəbər verir.