...

Kudrin: Bu il Rusiya bütün kreditorlarla borcları nizamlayacaq

Dünya xəbərləri Materials 30 May 2006 16:39 (UTC +04:00)

Rusiyanın maliyyə naziri Aleksey Kudrin bildirib ki, bu il Rusiya bütün xarici dövlətlərlə borcları nizamlayacaq.

Trend in "RİA Novosti"yə istinadən yaydığı məlumata əsasən, A. Kudrin keçmiş SSRİ-nin Küveyt qarşısındakı borcunun nizamlanması haqqında sazişin imzalanma mərasimində deyib ki, bu il xarici dövlətlər, o cümlədən, Paris klubuna üzv dövlətlərlə borcların nizamlanması mümkündür.

Maliyyə naziri vurğulayıb ki, son illər Rusiya çox yaxşı kredit tarixinə malikdir və bütün kreditorlarla borcları nizamlayır.

Onun sözlərinə görə, Rusiya keçmiş SSRİ-nin borclarına görə məsuliyyəti öz üzərinə götürüb və bu, çox böyük məsuliyyətdir.

Maliyyə nazirinin müavini Sergey Storçak isə jurnalistlərlə söhbətində deyib ki, bu il Rusiya Serbiya, Çernoqoriya, Malta, Xorvatiya, Sloveniya, Makedoniya və Yunanıstana olan borclarını tənzimləmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti