Bu gün Peterburqda Rusiya, Almaniya, Yaponiya, Fransa, Kanada, İtaliyi, ABŞ və Böyük Britaniyanın daxil olduğu "böyük səkkizlik" ölkələrinin maliyyə nazirlərinin görüşü başlayır. Təşkilatçıların bildirdiyinə görə, Rusiyanın sədriliyi ilə keçirilən bu görüş "böyük səkkizliyin" maliyyə nazirlərinin 2006-cı ildə ikinci görüşüdür.
RF maliyyə naziri Aleksey Kudrinə əsasən verilən xəbərə görə, maliyyə nazirləri dünya iqtisadiyyatının və dünya neft bazarının inkişafı məsələlərini müzakirə edəcəklər. Trend in verdiyi xəbərə görə, əsas müzakirə olunan məsələ bütünlükdə dünya iqtisadiyyatının inkişafı olacaq. Bundan başqa, dünya neft bazarlarının inkişafı və enerji təhlükəsizliyi üzrə məsələlər gözdən keçiriləcək. Maliyyə nazirinin qeyd etdiyi kimi, "Rusiya öz ehtiyatlarının genişləndirilməsi və məxfilikdən çıxarılması yolu ilə gedir. Rusiya daima öz ehiyatlarının şəffaflığını artırmalıdır".
Bundan başqa, görüş iştirakçıları yoxsulluqla mübarizə məsələsini və ən yoxsul ölkələrdə enerji infrastrukturunun inkişaf məsələsini nəzərdən keçirəcəklər. Həmçinin epidemiya ilə mübarizə, eyni zamanda vaksin istehsalı məsələlərinə də toxunulacaq. A.Kudrin qeyd edib ki, bununla əlaqədar maliyyə riskləri yarana bilər və bundan "bəzi ölkələr ziyan görə bilər". Maliyyə nazirlərinin görüşündə toxunulacaq mühüm aspekt maliyyə bazarları hissəsində əhalinin yaranmasının inkişafı olacaq. İştirakçılar maliyyə terrorçuluğu ilə mübarizə məsələsinə toxunacaq və maliyyənin idarə olunma keyfiyyətinin artırılması məsələsini nəzərdən keçirəcəklər. A.Kudrin həmçinin qeyd edib ki, görüşdə donor ölkələrin dünya iqtisadiyyatındakı rolu da gözdən keçiriləcək.