Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Corc Buş "böyük səkkizliyin" sammitindən əvvəlki görüşdə İran və iqtisadi əməkdaşlıq üzrə mövzuları müzakirə edəcəklər. Bu barədə bu gün ABŞ -ın Rusiyadakı səfiri Uilyam Berns Sankt-Peterburqda jurnalistlərə verdiyi müsahibəsində deyib.
Amerika səfiri bildirib: "Bizim prezident tərəfindən bu görüş müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün böyük imkandır".
Trend in PRAYM-TASS-a əsasən verdiyi xəbərə görə, U.Berns istisna etmir ki, sammit zamanı Rusiya-Amerika görüşlərində Rusiyanın Ümumdünya ticarət təşkilatına (ÜTT) qəbulu haqqında məsələ qaldırılacaq.
Jurnalistlərin bu barədə hər hansı sazişin bağlanacağı haqqında sualına Amerika diplomatı belə cavab verib: "Mən təbiətcə optimistəm və buna çox ümid edirəm, lakin nə olacağını bilmək olmaz".