Ermənistanın müdafiə naziri Serj Sarkisyan iyunun 14-də NATO-nun qərargahında Şimali Atlantika Şurasının 26+1 formatında keçiriləcək iclasında iştirak edəcək. İclasda Fərdi Tərəfdaşlıq prqoqramı çərçivəsində erməni fəaliyyət planının gerçəkləşdirilməsi müzakirə ediləcək.
Trend agentliyinin "Mediamaks"a istinadən yaydığı məlumata görə, iyunun 12-13-də S.Sarkisyan Belçikaya səfər edəcək və ölkənin müdafiə qurumunun rəhbərilə görüşəcək, Kral hərbi məktəbinə baş çəkəcək.
İyunun 15-16-da müdafiə nazirinin Litvaya səfəri baş tutacaq. Səfər zamanı S.Sarkisyan Litva prezidenti və müdafiə nazirilə görüşəcək, eləcə də bir sıra hərbi hissələrdə olacaq.