...

Mayda Soçidə qəzaya uğramış təyyarənin qara qutularının şifrələnməsi başa çatıb

Dünya xəbərləri Materials 19 İyun 2006 17:00 (UTC +04:00)

Dövlətlərarası Aviasiya Komitəsi (DAK) 2006-cı il mayın 3-də Soçidə qəzaya uğramış Airbus A320 təyyarəsinin "qara qutularının" qeydlərinin şifrələnməsi üzrə işləri başa çatdırıb. Aviasiya komitəsindən verilən xəbərə görə, "qara qutu"da 2006-cı il aprelin 30-dan mayın 3-ə qədər dövrdə bu təyyarənin səkkiz uçuşu haqqında məlumat olub. Trend in verdiyi xəbərə görə, qeydlərin ümumi müddəti təxminən 26 saat 20 dəqiqə olub. Qəza uçuşu barədə qeyd tam surətdə qorunub və 1 saat 26 dəqiqə təşkil edib. Şifrələnmə nəticəsində müəyyən olunub ki, "havada olarkən, təyyarədə heç bir nasazlıq olmayıb". Təyyarənin su ilə toqquşma anına qədər mühərriklər işləyib. Uçuşun təhlükəsiz surətdə tamamlanması üçün bortda kifayət qədər yanacaq olub. Son dəqiqələrdə avtopilot söndürülüb.

Hazırda DAK komissiyası obyektiv nəzarət vasitələrinin qeydlərinin kompleks surətdə təhlilinə başlayıb. Təhlilin nəticələri və keçirilən araşdırmalara görə aviasiya hadisəsinin səbəbləri haqqında qərar veriləcək. Müddət göstərilmir.

Yerevandan Soçiyə uçan "Armavia" aviaşirkətinin A320 təyyarəsi Adler aeroportuna enərkən, mayın 3-də gecə qəzaya uğrayıb. Təyyarə sahildən 5-6 km məsafədə 30 m yüksəklikdən Qara dənizə düşüb. Təyyarədə 113 nəfər, o cümlədən 6 uşaq olub. Hamı həlak olub. Təyyarədəkilərdən 26 nəfər Rusiya vətəndaşı, bir qadın - Ukrayna vətəndaşı, qalanları isə Ermənistan vətəndaşı olub. Qəza faktı üzrə Krasnodar vilayəti prokurorluğu RF Cinayət məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsinə görə cinayət işi qaldırıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti