İyunun 16-na olan vəziyyət üzrə Gürcüstanın beynəlxalq valyuta ehtiyatlarının həcmi 550,6 mln dollar təşkil edib.
Bu barədə Black Sea Press-in müxbirinə ölkənin Milli Bankından məlumat verilib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 106,5 mln dollar çoxdur.
Trend in Qruziya Online-na istinadən xəbər verdiyi kimi, ehtiyatların belə artımı əsasən Milli bank tərəfindən banklararası valyuta hərraclarında həyata keçirdiyi özəlləşdirmə və müdaxilə proseslərindən pul vəsaitlərinin daxil olması ilə şərtlənib.
2006-cı ilin yanvar-may aylarında GMB-nin ölkə ehtiyatlarını idarə etməsi nəticəsində 13 495 757 lari (7,5 mln dollar) əldə olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5 693 336 lari (3,2 mln dollar) çoxdur.