...

Türkmənistan beynəlxalq arbitraj və energetika sahəsində mütəxəssisləri müstəqil hazırlayacaq

Dünya xəbərləri Materials 29 İyun 2006 16:13 (UTC +04:00)

Türkmənistan prezidenti Saparmurat Niyazov cari ilin sentyabrın 1-dən Ədalət Nazirliyinin nəzdində beynəlxalq arbitraj üzrə mütəxəssislərin hazırlanması üçün kursların təşkili haqqında qətnamə imzalayıb.

"Turkmenistan.ru" dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, sənəddə qərarın xarici dövlətlərlə münasibətlərdə ölkənin iqtisadi maraqlarının müdafiəsi baxımından qəbul edildiyi deyilir.

Prezidentin digər bir qətnaməsinə əsasən, Türkmənistan Dövlət Energetika İnstitutunun Energetika fakültəsində "İqtisadi sahənin iqtisadiyyatı" kafedrası açılmalıdır ki, burada ölkənin aparıcı sənaye sahələrində çalışan müxətəssislər ixtisasını artıracaq. Bu barədə Trend xəbər verib.

Xəbər lenti

Xəbər lenti