Gürücstanda fəaliyyət göstərən mobil telefon operatorlarının gəlirləri 70 mln lari artaraq 2005-ci ildə 425 mln lari təşkil edib. Gürücstanın Kommunikasiyalar Üzrə Milli Komissiyasından bildiriblər ki, mobil telefon istifadəçilərinin sayı ötən il bir milyonu keçərək 1 174 000 nəfər təşkil edib.
Trend agentliyin "Kavkaz-press"ə istinadən xəbər verir ki, hazırda Gürcüstanda iki mobil rabitə orperatoru - "Maqti" və "Ceosel" fəaliyyət göstərir. Radio tezliklərdən istifadə lisenziyası "Aqroteks" şirkəti tərəfindən də alınıb, lakin hələlik komissiya bu şirkəti planlarından xəbərsizdir.