...

İran nüvə böhranının nizamlanması istiqamətində beynəlxalq təşəbbüslərə avqustda cavab verəcək

Dünya xəbərləri Materials 30 İyun 2006 15:09 (UTC +04:00)

İran bir daha bəyan edib ki, nüvə proqramı ətrafında yaranmış böhranın aradan qaldırılması istiqamətində beynəlxalq təşəbbüslərə avqustda cavab verəcək. Bu barədə, xarici işlər naziri Manuçöhr Mottaki bu gün BMT-nin baş qərargahında keçirilən mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, Tehran yalnız təkliflərlə bağlı bütün məsələ və ziddiyyətlər aydınlaşdırıldıqdan sonra cavab verəcək. Trend agentliyi "Rusiyanın Səsi"nə istinadən xəbər verir ki, bu, iyulun 5-də İran nümayəndə heyətinin rəhbəri Əli Laricani ilə AŞ rəhbərlərindən biri Havyer Solana ilə görüşündə olacaq. Bu arada, təşəbbüsləri müəllifləri - BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya İranın nüvə proqramı ətrafındakı vəziyyəti qiymətləndirmək üçün iyulun 12-də Parisdə toplaşacaq.

Xəbər lenti

Xəbər lenti