...

Putin və Nazarbayev Rusiya-Qazaxıstan əlaqələrinin qrafikini yüksək səviyyədə müzakirə ediblər

Dünya xəbərləri Materials 6 İyul 2006 17:29 (UTC +04:00)

RF prezidenti Vladimir Putin cümə axşamı telefon danışığı zamanı Qazaxıstan prezidenti Nursultan Nazarbayevi 66 yaşının tamam olması münasibətilə təbrik edib və Rusiya-Qazaxıstan əlaqələrinin qrafikini yüksək səviyyədə müzakirə edib. Bu barədə Kremlin mətbuat xidmətindən məlumat veriblər.

Trend in "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bundan başqa, Rusiya prezidenti Qazaxıstanlı həmkarına təbirk göndərib. Təbrikdə deyilir: "Sizin zəngin siyasi təcrübəniz, Rusiya və Qazaxıstan arasında müttəfiqliyin və strateji əməkdaşlığın inkişafında həyata keçirdiyiniz dəyişməz xətt rusların hörmətini qazanıb. Bir çox əsrlər ərzində xalqlarımız dostluq və mehriban qonşuluğun möhkəm ənənələri ilə bağlı olub. Və sizin fəal səyləriniz sayəsində bu dəyərli ənənələr bu gün möhkəmlənir və genişlənir".

Xəbər lenti

Xəbər lenti