...

Goldman Sachs investisiya bankı 2-ci yarımildə neftin qiymətləri üzrə proqnozu $75/barelə qədər artırıb

Dünya xəbərləri Materials 6 İyul 2006 17:47 (UTC +04:00)

Goldman Sachs investisiya bankı 2006-cı ilin 2-ci yarımilində neftin qiymətləri üzrə proqnozu $5/barel artıraraq $75/barelə çatdırıb. "Reuters" xəbər verir ki, 2007-ci ildə ban neftinin qiymətlərini $75,50/barel səviyyəsində proqnozlaşdırır. Bundan əlavə, Goldman Sachs 5 illik proqnozunu $7,50/barel artıraraq $67,50/barelə çatdırıb ki, bununla da digər analitiklərin proqnozlarını xeyli qabağlayıb. "Bununla belə, uzunmüddətli proqnoz qeyri-müəyyən olaraq qalıb, çünki qiymət təzyiqinin daha çox əlamətləri göürünməkdədir" - deyə Goldman Sachs-ın məlumatında deyilir. Bu barədə Trend xəbər verib.

Xəbər lenti

Xəbər lenti