...

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsində yeni kadrlar təyin olunub

Dünya xəbərləri Materials 10 İyul 2006 20:16 (UTC +04:00)

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsində yeni kadrlar təyin olunub. Müvafiq əmr Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri, general-leytenant Amangeldı Şabdarbayev tərəfindən verilib.

Trend "Kazakhstan Today"a istinadən xəbər verir ki, polkovnik Jaksılık Moldakulov MTK-in 5-ci departamentinin rəisi, polkovnik Sayat Mınbayev əks-kəşfiyyat departamentinin rəisi təyin olunub.

Bundan əlavə, komitənin vilayət qurumlarının rəisləri də təyin olunub. Akmola vilayəti üzrə departamentə general-mayor Kabdulkarim Abdikazimov, Aktöbin vilayəti - polkovnik Turısbek Aliaskarov, Almatı şəhəri - polkovnik Nurjan Mırzaliyev, Almatı vilayyəti - general-mayor Adil Şayaxmetov, Şərqi-Qazaxıstan vilayyəti - general-mayor Janat Djarasov, po Jambıl vilayyəti - general-mayor Kosbasar Nurbekov, Kostanay vilayyəti - polkovnik Naqaşbay Atşabarov, Manqistau vilayəti - general-mayor Bulat Şaymanov, Pavlodar vilayyəti - polkovnik Kamza İbrayev təyin olunub.

Xəbər lenti

Xəbər lenti