...

Moldova prezidenti Ukraynanın xarici siyasət kursunun dəyişməyəcəyinə ümid edir

Dünya xəbərləri Materials 12 İyul 2006 15:31 (UTC +04:00)

Moldova ümid edir ki, Ukrayna iki ölkənin həyata keçirdiyi bütün işlərdə bundan sonra da etibarlı tərəfdaş olacaq. Bu barədə, "REGNUM"un yaydığı məlumata əsasən, Moldova prezidenti Vladimir Voronin iyulun 11-də Kişinyovda mətbuat konfransında bildirib. "Biz Ukrayna ilə çox yaxşı və sabit əlaqələrə nail olmuşuq. Bu, xüsusilə Dnestryanı ilə bağlı məsələlərdə müşahidə olunur. Bu, həm "Yuşenkonun tanınmış planı", həm Moldova-Ukrayna sərhədindəki tədbirlər, eləcə də GUAM-ın inkişafına verilən yeni təkandır" - deyə V.Voronin qeyd edib.

Trend xəbər verir ki, prezidentin sözlərinə görə, Moldovanı qonşu ölkədəki vəziyyət narahat etməyə bilməz. "Seçkilərdən indiyə qədər Ukraynada artıq bir neçə aydır ki, qanunverici orqanın işi və hakimiyyət orqanları ilə normal əlaqələr qaydaya salınmayıb. Biz sağlam düşüncəyə ümid edirik" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti