...

RF və Qazaxıstan prezidentləri Karaçaqanak yatağının mənimsənilməsi üzrə əməkdaşlığın inkişafı haqqında birgə bəyannamə imzalayıblar

Dünya xəbərləri Materials 17 İyul 2006 14:50 (UTC +04:00)

RF və Qazaxıstan prezidentləri Karaçaqanak yatağında qaz emalı və realizasiyası sahəsində uzunmüddətli əməkdaşlığın inkişafı haqqında birgə bəyannamə imzalayıblar.

Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, Putin və Nazarbayev ikitərəfli görüş zamanı sənəd imzalayıblar.

"Bu sənəd "səkkizlik" sammitinin mövzularından biri olmuş beynəlxalq enerji təhlükəsizliyinə töhfəmizdir", - deyə Putin bildirib. "Biz Rusiya ilə çox ciddi alyansa daxil oluruq. Bu, hər iki tərəf üçün tamamilə əlverişlidir", - deyə Nazarbayev qeyd edib.

"Çox xoş haldır ki, enerji təhlükəsizliyinin həllində bizim də kiçik, lakin beynəlxalq bazarların energetika xammalı ilə təmin olunması nöqteyi-nəzərindən gözə çarpan töhfəmiz var", - deyə Putin qeyd edib. "Bəyannamə, yalnız böyük yatağı birgə mənimsəyəcəyimizi deyil, həm də hələ Sovet dövründə qaz emalı üçün yaradılmış Orenburq zavodunu yükləyəcəyimizi ifadə edir", - deyə RF prezidenti bildirib.

"Soçidə qazdan istifadəyə və dəmir yolu sahəsinə dair verdiyimiz tapşırıqlar hazırlanıb və sentyabr ayında hökümət onları imzalayacaq", - deyə Nazarbayev bildirib. "Müştərək qaz emalı kompleksi yaradılır, Rusiyanın qaz nəqli sisteminə isə təxminən 15 milyard kubmetr qaz düşür", - deyə Qazaxıstan prezidenti vurğulayıb. "Sərhədyanı vilayət qubernatorlarının oktyabr ayının əvvəlində Uralskda keçiriləcək görüşündə bizim hökümətlər son razılaşmanı imzalaya bilərlər", - deyə Nazarbayev bildirib.

Xəbər lenti

Xəbər lenti