...

Yaponiya Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və sərmayə qoyuluşuna hazırdır

Dünya xəbərləri Materials 17 İyul 2006 19:10 (UTC +04:00)

Yaponiya Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bu prinsipə əsaslanır. Bu barədə bu gün Gürcüstan parlamentinin sədri Nino Burcanadze ilə görüşdə Yaponiyanın xarici işlər nazirinin müavini Yakoko Yamanaki bildirib.

Görüş Tbilisidə parlamentdə bağlı qapılar arxasında keçib. KAVKAZ-PRESS-ə məlum olduğu kimi, yapon diplomatı görüş zamanı Gürcüstandakı problemlərin sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib. Siyasi məsələlərdən başqa, tərəflər iqtisadi problemləri də müzakirə ediblər. Yamanaki qeyd edib ki, onun ölkəsi investisiya fondunun yaxşılaşdırılması şəraitində Gürcüstana sərmayə qoymağa hazırdır.

O, gürcü tərəfini başlanmış islahatları davam etdirməyə və onları sona çatdırmağa dəvət edib. "Biz aparılan islahatları bütün tədbirlərlə dəstəkləməyə hazırıq", - deyə Yaponiyanın nazir müavini qeyd edib. O, Gürcüstan parlamentində Yaponiya ilə dostluq qrupunun yaradılmasından razı qaldığını qeyd edib və bu ölkənin hökümət orqanlarının Gürcüstanda səfirlik açmaq niyyətində olduqlarını bildirib.

Trend in verdiyi xəbərə görə, spiker Burcanadze bu yaxınlarda ayrılmış 8 milyon dollar məbləğində qranta görə yapon tərəfinə öz minnətdarlığını bildirib. Bu qrant nəqliyyat və kənd təsərrüfatı sahəsinə yönəldiləcək. "Bu, münasibətlərimizin gələcəkdə də dərinləşəcəyinə və genişlənəcəyinə ümid etməyə imkan verir", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti