...

Burcanadzenin fikrincə, sülhməramlılar münaqişələrin həllinə mane olub

Dünya xəbərləri Materials 18 İyul 2006 18:33 (UTC +04:00)

Gürücstan parlamentinin sədri Nino Burcanadze Rusiya sülhməramlılarının çıxarılması haqqında Gürcüstanın qərarını tarixi qərar adlandıraraq qeyd edib ki, Gürcüstan hökuməti öz üzərinə böyük məsuliyyət götürüb. N.Burcanadzenin sözlərinə görə, Gürcüstan ərazisində mövcud olan münaiqəşələrin həqiqi həllinə başlayır.

"Rusiya Gürcüstan ərazisindəki münaiqəşələri dondurub və Gürcüstan hökuməti bu vəziyyəti olduğu kimi saxlamaqla sülh şəraitində mövcud ola bilərdi, lakin son halda bu, Gürcüstanı iflasa aparıb çıxaracaq" - deyə N.Burcanadze bəyan edib.

Trend agentliyinin "Qazeta.Ru"ya istinadən yaydığı məlumata əsasən, onun sözlərinə görə, Gürcüstan hökuməti bu qərarın ardınca baş verəcək hadisələri nəzərə alır, çünki Rusiya öz təsir sahəsi hesab etdiyi kiçik dövlətə radikal qərarların qəbulunu bağışlamayacaq.

N.Burcanadzenin bəyanatına əsasən, münaqişə zonalarında yerləşdirilmiş Rusiya sülhməramlıları beynəlxalq təşkilatların polis qüvvələrilə əvəzlənməlidir, çünki "bizim məqsədimiz münaqişələrin sülh yolu ilə həllidir ki, buna da ilk növbədə Rusiya sülhməramlıları mane olurdu".

Xəbər lenti

Xəbər lenti