...

Georgi Arveladze: Mixail Saakaşvilinin Moskvaya səfəri təxirə salınıb

Dünya xəbərləri Materials 27 İyul 2006 15:26 (UTC +04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvilinin Moskvaya səfəri təxirə salınıb. Bu barədə jurnalistlərə iyulun 21-də prezident administrasiyasının başçısı Georgi Arveladze bildirib.

O, səfərin nə zaman baş tutacağını söyləməyib. Arveladzenin sözlərinə görə, Gürcüstan XİN bu məsələ ilə bağlı bir qədər sonra bəyanat verəcək.

Trend in Novosti-Qruziyaya istinadən xəbər verdiyi kimi, Mixail Saakaşvili iyulun 21-də Moskvaya getməli idi. MDB dövlət başçılarının qeyri-formal sammiti çərçivəsində onun Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılmışdı.

Görüş zamanı bir çox məsələlərin, ilk növbədə Gürcüstanda münaqişələrin nizamlanması və bu prosesdə Rusiyanın rolunun müzakirəsi planlaşdırılırdı. Prezidentlərin Sankt-Peterburq görüşündə Vladimir Putin bildirib ki, Rusiya-Gürcüstan münasibətlərini normal adlandırmaq olmaz və buna görə də ikitərəfli görüşləri sürətləndirməyi təklif edib.

Xəbər lenti

Xəbər lenti