...

Gürcüstan hərbi əməliyyatların bərpa edilməməsi haqqında memorandumu imzalamaqdan imtina edir

Dünya xəbərləri Materials 31 İyul 2006 18:35 (UTC +04:00)

Cənubi Osetiya prezidenti Eduard Kokoytı bəyan edib ki, Tbilisi hərbi əməliyyatların bərpa edilməməsi haqqında memorandumu imzalamaqdan imtina edir və Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşməyə hazır olduğunu təsdiq edib. Bu barədə RİA Novosti agentliyi xəbər verib.

"Biz dəfələrlə münaqişənin sülh yolu ilə tənzimlənməsinə səy göstərdiyimiz barədə bəyanat vermişik. Və mən bir daha bəyan etmək istəyirəm ki, Gürcüstan prezidenti M.Saakaşvili ilə görüşməyə hazıram", - deyə qondarma respublikanın prezidenti bazar ertəsi iyulun 31-də Moskvadakı mətbuat konfransında bildirib.

Trend in xəbər verdiyi kimi, onun sözlərinə görə, Cənubi Osetiya hərbi əməliyyatların bərpa edilməməsi haqqında memorandumun imzalanması üçün münaqişənin tənzimlənməsi üzrə Qarışıq nəzarət komissiyasının (QNK) formatında yüksək səviyyədə belə görüş təşkil etmək üçün vasitəçilərə, o cümlədən ATƏT və Rusiyaya müraciət edib.

"Bu təşəbbüsün Rusiyada, həmçinin ATƏT-in hazırkı sədri tərəfindən dəstəklənməsinə baxmayaraq, təəssüf ki, gürcü tərəfi məlum olmayan səbəblərə görə bundan imtina edir", - deyə Kokoytı bildirib.

O, həmçinin QNK-nın növbəti iclasının tarixini deyə bilməyib və qeyd edib ki, Gürcüstanın günahı ucbatından danışıqlar prosesi, demək olar ki, pozulub.

"QNK-nın bəyanatına gəlincə isə, o zaman Gürcüstanın provakasiya xarakteri daşıyan hərəkətləri əvvəlki iclası pozub, RF XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Yuri Popov, həmçinin sülhməramlı qüvvələrin komandanı general Yevneviç həbs edilib. Biz bu görüşə çox ümid edirdik və bu görüşdə münaqişənin tənzimlənməsinin birgə planının hazırlanması üzrə işçi qrupun təsdiqlənməsi və prosesi irəlilətmək nəzərdə tutulurdu", - deyə Kokoytı qeyd edib.

Eyni zamanda o qeyd edib ki, "əgər Gürcüstan hər hansı hərbi əməliyyatlara başlasa", Cənubi Osetiya tərəfi gərginliyin aradan qaldırılması üçün əlindən gələni edəcək.

Bazar ertəsi iyulun 31-də Kokoytı bəyan edib ki, Gürcüstan gürcü-abxaz və gürcü-osetin münaqişələrinin zor gücünə həll edilməsindən imtina etməyib. "Dünən silahlı şəxslərin olduğu 36 KAMAZ Abxaziya tərəfə yola düşüb və hazırda onlar Zuqdididədir", - deyə o bildirib.

Kokoytı qeyd edib ki, əgər Abxaziya Gürcüstanla danışıqlar prosesindən çıxsa, Cənubi Osetiya da belə edəcəyini istisna etmir.

Xəbər lenti

Xəbər lenti