...

Koordinasiya Şurasının Suxumidə bu günə təyin olunmuş iclası baş tutmayıb

Dünya xəbərləri Materials 2 Avqust 2006 12:58 (UTC +04:00)

Gürcüstan-Abxaziya Koordinasiya Şurasının BMT-nin himayəsi altında avqustun 2-nə təyin olunmuş iclası baş tutmayıb. Gürcüstanın münaqişələrin nizamlanması üzrə dövlət nazirinin aparatından Trend in Tiflisdəki xüsusi müxbirinə verilən məlumata görə, abxaz tərəfi Gürcüstanın işçi qruplarının tərkibinə dəyişiklik etməsini bəhanə gətirərək görüşdə iştirakdan imtina edib.

Abxaziya tərəfi qrup üzvlərini yenidən razılaşdırmağı və onları birtərəfli qaydada dəyişməməyi təklif edir.

Rəsmi Tiflis hesab edir ki, Kodori dərəsində inkişaf edən hadisələr fonunda Suxuminin imtinası qeyri-təbiidir.

Xəbər lenti

Xəbər lenti