...

İsrail müharibə ərzində ən intensiv atəşə məruz qalıb

Dünya xəbərləri Materials 2 Avqust 2006 18:42 (UTC +04:00)

Livan yaraqlıları çərşənbə günü 3 həftəlik Livan-İsrail kampaniyası ərzində İsraili ən intensiv raket atəşinə tutub.

Trend "Novosti" RİA-ya istinadən xəbər verir ki, iki günlük nisbi sakitlikdən sonra İsrailin şimal rayonlarına 155 reaktiv mərmi atılıb. Bu barədə İsrail polisinin mətbuat katibi Mikki Rozenfeld "Novosti" RİA-ya bildirib.

Yerli vaxtla saat 13.15-ə (Moskva vaxtı ilə 14.15) olan məlumata əsasən, nəticədə 49 nəfər zərər çəkib. Bunların 19-u yüngül xəsarət alıb. Qalanlarına isə psixoloji şok vəziyyətindən çıxmaq üçün yardım göstərilib.

Xəbər lenti

Xəbər lenti