...

BMT Abxaziya və Rusiyanın Kodor dərəsində monitorinq keçirmək tələbini dəstəkləyir

Dünya xəbərləri Materials 3 Avqust 2006 19:15 (UTC +04:00)

BMT Abxaziya və Rusiyanın Kodor dərəsində monitorinq keçirmək tələbini dəstəkləyir. Bu gün tanınmamış respublikanın Qal rayonunda Rusiya sülhməramlıları, Gürücstan, Abxaziya və BMT nümayəndələrinin dörttərəfli görüşü keçirilib. "Mən Gürcüstan tərəfinə Kodor dərəsində baş verənlər haqqında şəfaf təsəvvür yaratmaq üçün dərəni açmağı təklif etdim. Hazırda cavab gözləyirəm və hesab edirəm ki, bu cavab növbəti dördtərəfli görüşün təşkilinədək veriləcək" - deyə BMT-nin nümayəndəsi Yanq Çen bildirib.

Trend "RBK"ya istinadən xəbər verir ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin sərəncamı ilə hazırda Kodor dərəsində rəsmi Suxumi tərəfindən tanınmayan və Gürcüstan tərəfindən idarə olunan Abxaziyanın mühacir hökumətinin yerləşdirilməsinə hazırlıq gedir. Muxtariyyat hakimiyyəti mühacir hökumətin dərədə yerləşdiyi təqdirdə güc tədbiqini istisna etmir.

Xəbər lenti

Xəbər lenti