...

Qırğızıstanda Türkiyə-Qırğızıstan hökumətlərarası komissiyası öz işinə başlayıb

Dünya xəbərləri Materials 4 Avqust 2006 16:46 (UTC +04:00)

Avqustun 4-də Qırğızıstanın "Ala-Arça" dövlət iqamətgahında Türkiyə-Qırğızıstan hökumətlərarası komissiyası öz işinə başlayıb. Hökumətlərarası ticari-iqtisadi əməkdaşlıq komissiyasının 4-cü iclasında komissiyanın Qırğızıstan və Türkiyədən olan üzvləri, o cümlədən nazirlik və idarələrin məsul işçiləri iştirak edir. Bu barədə REGNUM İA-nın müxbirinə Qırğızıstanın Sənaye, Ticarət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mədəniyyət, ticarət və turizm naziri Medetbek Kerimkulov bəyan edib ki, nazirlik pambıqəyirmə müəssisələrinin inşası, cod və yarımcod yunun emalı üzrə müştərək müəssisələrin, geyimlərin hazırlanması üzrə fabrikin inşasına dair əsaslandırılmış təklifləri bir ay müddətində Türkiyə tərəfinə təqdim edəcək. Öz növbəsində, Türkiyə tərəfi təkliflərə baxmağı və yüngül sənaye sahəsində əməkdaşlığa dair qərarını 3 ay ərzində bildirməyə razılıq verib. Bundan başqa, tərəflər sahibkarların və mütəxəssislərin iqtisadi istiqamət və seminarlar üzrə kurslarda təhsilinin təşkili (Türkiyə hökumətinin maliyyə dəstəyi ilə) imkanlarını müzakirə edəcək.

Trend in xəbər verdiyi kimi, komissiyanın gündəliyinə cəmi 13 məsələ daxildir. Tərəflər danışıqların yekunlarına dair niyyət protokolu imzalayacaq.

Xəbər lenti

Xəbər lenti