...

Astanada liftlərdən istifadə üçün plastik kartlar tətbiq ediləcək

Dünya xəbərləri Materials 8 Avqust 2006 15:08 (UTC +04:00)

Astanada hər şey, o cümlədən liftlər dünya standartları səviyyəsində olmalıdır. Trend in Qazaxıstandakı xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə növbəti həftəlik planerkada Astana şəhərinin akimi Umirzak Şukeyev bildirib.

Bu dəfə o, liftlərdən istifadədə limiti təyin edilmiş plastik kartları tətbiq etməyi təklif edib. Akimin fikrincə, bu tədbir gələcəkdə liftləri kartların ödənilməsinə görə yığılan vəsaitlər və çoxmərtəbəli binaların sakinlərinin aylıq ödənişləri hesabına saxlanılmasına imkan yaradacaq.

Bu gün Astanada təxminən 700 lift var. Onların 10 faizinin artıq normativ iş müddəti ötüb. Əsasən, onlar artıq çoxdan öz fəaliyyətini dayandırmış Səmərqənd zavodu tərəfindən Sovet vaxtlarında buraxılanlardır. Onlar ciddi təmir olunmalıdır, bunun üçün isə büdcədən təxminən 300 milyon tenge ayrılmalıdır.

Şəhər şökümət orqanları, əlbəttə, bunun üçün vəsait ayıracaq, lakin gələcəkdə liftlərin saxlanması sakinlərin özlərinə həvalə olunmalıdır. Pulların limiti təyin edilmiş plastik kartların buraxılması yolu ilə yığılması nəzərdə tutulub. Çoxmərtəbəli binanın hər bir sakini hər ay kartdakı hesabını doldurmalıdır.

Yeni evlərdə kart sisteminin tətbiq edilməsi əvvəldən bina tikənlə razılaşdırılır. Belə ki, paytaxtın Alma-Ata rayonunda artıq 40 yeni ev bu sistemə malikdir. Lakin yeniliyin də öz əyər-əskikləri olur. Limiti təyin edilmiş kartın dəyəri 700 tengedir.

Xəbər lenti

Xəbər lenti