...

Gürcüstan XİN Abxaziya münaqişəsi zonasındakı Rusiya sülhməramlılarını fəaliyyətsizlikdə günahlandırır

Dünya xəbərləri Materials 11 Avqust 2006 14:03 (UTC +04:00)

Gürcüstan XİN Abxaziya münaqişəsi zonasında yerləşdirilmiş Rusiya sülhməramlılarını fəaliyyətsizlikdə günahlandırır. Nazirliyin yaydığı məlumata əsasən, qanunlar və insan haqları sülhməramlıların gözü qarşısında pozulur.

Trend in xüsusi müxbiri nazirliyə istinadən xəbər verir ki, "Abxaziya tərəfi Qali rayonunun aşağı hissəsindəki kəndlərə əlavə silahlı qüvvələr yeridib və rayon administrasiyasının tapşırığı ilə yerli gürcülər məcburən separatçı silahlı qruplaşmalar üçün səngər qazır".

"Buna baxmayaraq, Rusiya sülhməramlıları öz mandatlarını yerinə yetirmir, gözləri qarşısında baş verən qanun və insan haqları pozuntularını nizamlamır" - deyə məlumatda bildirilir.

"İnsan haqlarının müdafiəsi sahəsində beynəlxalq sənədlərdə birmənalı olaraq qadağan olunan məcburi əməkdən istifadə faktı göz qabağındadır. Bütün bu beynəlxalq müqavələlər Gürcüstan qanunvericiliyinin tərkib hissəsidir və ölkənin bütün ərazisində, o cümlədən Abxaziyada hüquqi qüvvəyə malikdir" - deyə Gürcüstan XİN-in məlumatında bildirilir.

Bununla yanaşı, 1994-cü il 14 may tarixli Moskva sazişinin 4-cü bəndində nəzərdə tutulmuş protokola əsasən, MDB-nin himayəsilə münaqişə zonasında yerləşən sülhməramlılar missiyalarını yerinə yetirərkən yerli qanunvericiliyin tələblərinə, hazırkı vəziyyətdə Gürcüstan qanunvericiliyinə tabe olmalıdır.

Nazirlik MDB sülhmarımlılarını və onun komandanlığını Abxaziya ərazisində baş verən məcburi əməkdən istifadə faktalırının qarşısını almaq üçün bütün imkanlardan yararlanmağa çağırıb.

"Biz BMT müşahidəçi missiyasını, insan haqları üzrə BMT ali komissarını, insan haqları üzrə AB komissarını, beynəlxalq ictimaiyyətini Suxumi rejimi və onun "sülhmıramlılar" adı altında gizlənən himayədarlarının Abxaziyada QULAQ təcrübəsindən yararlanmaq cəhdinə müvafiq qiymət verməyə çağırıb"- deyə məlumatda qeyd edilir.

Bununla yanaşı, Qali rayonunda yaranmış vəziyyət MDB sülhməramlılarının fəaliyyətsizliyindən danışmağa əsas verir.

"Gürcüstan XİN separatçı rejimin cinayətkar fəaliyyətini və MDB sülhməramlılarının fəaliyyətsizliyini pisləyir və hesab edir ki, biz bütün səylərimizi münaqişənin sülh yolu ilə nizamlanması və ərazidə sabitliyin bərqərar edilməsinə yönəltiyimiz bir vaxtda Abxaziya tərəfinin hərəkətləri destruktiv və aqressiv məqsədlərdən xəbər verir" - deyə məlumatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti