...

Bu ilin yeddi ayı ərzində Qazaxıstanda fövqəladə hadisələrdə 2880-dən çox nəfər zərər çəkib və 990 nəfərdən çox adam həlak olub

Dünya xəbərləri Materials 18 Avqust 2006 18:19 (UTC +04:00)

2006-cı ilin ilk 7 ayı ərzində Qazaıxstanda texnoqen və təbii xarakterli 12 min fövqəladə hadisə qeydə alınıb. Bu barədə İTAR-TASS-ın müxbirinə bu gün respublikanın Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

Trend xəbər verir ki, əldə olan məlumata görə, 2885 nəfər təbii fəlakət, istehsalat qəzası, yanğın və yol-nəqliyyat hadisəsinin qurbanı olub, bu isə ötən ildəkindən 13 faiz azdır. Onların üçdə biri həlak olub və bu ötən ilin analoji dövründən 2,4 faiz çoxdur. Həmin dövr ərzində 6600-dan çox adam xilas edilib.

İlkin hesablamalara görə, maddi ziyan 22,8 mln. dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti