...

Gürcüstan Adıgeni rayonunda yanğının söndürülməsinə kömək etmiş ölkələrə minnətdarlığını bildirib

Dünya xəbərləri Materials 21 Avqust 2006 18:30 (UTC +04:00)

Avqustun 21-də Gürcüstan XİN Adıgeni rayonunda baş vermiş yanğının söndürülməsində göstərdiyi köməyə görə Türkiyə, Ukrayna və BP şirkətinə minnətdarlığını bildirib. Gürcüstan XİN-in KAVKAZ-PRESS-ə daxil olmuş bəyanatında deyilir ki, yanğın Türkiyə və Ukrayna hökumətlərinin köməyi ilə söndürülüb.

Trend in xəbər verdiyi kimi, Gürcüstan XİN, həmçinin, yanğının söndürülməsində ölkəyə kömək etməyə hazır olan Almaniya, Avstriya və Rusiya hökumətlərinə də minnətdarlıq bildirib.

Adıgeni rayonunda yanğın avqustun 14-dən başlayıb. Yanğın nəticəsində 700 ha meşə sahəsi tamamilə məhv olub. Yanğın zamanı dəymiş zərərin həcmini öyrənmək üçün xüsusi komissiya yaradılıb.

XİN xəbər verir ki, yanğın tamamilə söndürülüb.

Xəbər lenti

Xəbər lenti