...

1 yanvar 2007-ci ildən etibarən Gürcüstanda tibb müəssisələri üçün yeni standartlar tətbiq ediləcək

Dünya xəbərləri Materials 21 Avqust 2006 21:05 (UTC +04:00)

1 yanvar 2007-ci ildən etibarən Gürcüstanda tibb müəssisələri üçün yeni standartlar tətbiq ediləcək.

Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri Lado Çipaşvili bazar ertəsi bununla əlaqədar regional səhiyyə idarələrinin nümayəndələri, eləcə də Tbilisinin böyük tibb müəssisələrinin rəhbərləri ilə görüşlər keçirib və onları tibb müəssisələri üçün yeni lisenziya standartları ilə tanış edib.

Gürcüstanın Səhiyyə Nazirliyindən "Novosti-Qruziya"ya verilən xəbərə görə, yeni standartlar 1 yanvar 2007-ci ildən qüvvəyə minir və əgər tibb müəssisələri standartların tələblərinə cavab verməsə, onlar fəaliyyətlərini davam etdirə bilməzlər.

Görüşdə həmçinin yeni standartlar haqqında fikirlər və mülahizələr dinləniləcək və bunlar işin tamamlanması zamanı nəzərə alınacaq.

Sənəd hazır formada təsdiq olunmaq üçün Gürcüstan parlamentinə təqdim ediləcək. Bu barədə Trend xəbər verir.

Xəbər lenti

Xəbər lenti