...

Semipalatinskdə Mərkəzi Asiyada nüvə silahından azad zonanın təşkili haqqında müqavilə imzalanacaq

Dünya xəbərləri Materials 25 Avqust 2006 19:10 (UTC +04:00)

2006-cı il sentyabrın 8-də Semipalatinskdə keçirilcək forum çərçivəsində Mərkəzi Asiyada nüvə silahından azad zonanın təşkili haqqında müqavilə imzalanacaq. Bu barədə avqustun 25-də şəhər akiminin müavini Kanatjan Tulesbayev məlumat verib.

Trend in Kazakhstan today agentliyinə istinadən xəbər verdiyi kimi, onun məlumatına görə, ABŞ, Böyük Britaniya, Monqolustan, Tacikistan, Qırğızıstan və digər ölkələrin xarici işlər nazirləri Semipalatinskə gələcək.

Sənədi Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan nümayəndələrinin imzalaması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti