...

Cənubi Koreya 2006-cı il sentyabrın ortalarına qədər İraqdakı hərbi kontingentini üçdə bir qədər azaltmaq niyyətindədir

Dünya xəbərləri Materials 30 Avqust 2006 19:06 (UTC +04:00)

Cənubi Koreya 2006-cı il sentyabrın ortalarına qədər İraqdakı hərbi kontingentini üçdə bir qədər azaltmağı planlaşdırır. Bu barədə Associated Press (C) ölkənin Müdafiə Nazirliyindəki anonim mənbəyə istinadən xəbər verir.

Güman edilir ki, gələn ayın ortalarına qədər 890 cənubi koreyalı hərbçi evə qayıdacaq. Hazırda İraqda onların sayı 3,2 mindir.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, 2004-cü ildə İraqda yerləşdirilmiş 3,6 min əsgərdən ibarət Koreya hərbi kontingenti böyüklüyünə görə Amerika və Britaniyadan sonra üçüncü yeri tutur.

Xəbər lenti

Xəbər lenti