Rumıniyanın müdafiə naziri Teodor Atanasiunun /Teodor Atanasiu/ Ermənistana sentyabrın 6-na təyin olunmuş rəsmi səfəri "qeyri-müəyyən müddətə" təxirə salınıb. Bu barədə sentyabrın 5-də Mediamaks-a Ermənistanın müdafiə nazirinin mətbuat katibi Seyran Şahsuvaryan məlumat verib. Bu barədə Trend Mediamaks-a istinadən xəbər verir.