...

Toni Bler 2007-ci il mayın 4-də vəzifədən gedəcək

Dünya xəbərləri Materials 7 Sentyabr 2006 18:03 (UTC +04:00)

Böyük Britaniyanın baş naziri Toni Bler 4 may 2007-ci il tarixində vəzifədən gedəcək. Bu barədə bu gün Britaniyanın Sky telekanalı hakim Leyborist partiyasının nümayəndəsinə istinadən bildirib.

Trend in xəbər verdiyi kimi, ehtimal olunur ki, bu gün ərzində Blerin özü istefasının vaxtını bildirəcək. Xəbər verildiyi kimi, bu addımı atmaqla o, baş nazir və maliyyə naziri Qordon Braunun tərəfdarları arasında kəskinləşən toqquşmalar səbəbindən yaranan, leyboristlərin arasında ehtimal olunan parçalanmanın qarşısını almaq niyyətindədir. Braunun tərəfdarları Blerin tezliklə istefaya çıxmasını və ya ən azı istefasının dəqiq tarixini elan etməsini tələb edir. Onlar ehtiyat edirlər ki, indiki baş nazirin populyarlığının bundan sonra da azalması partiyanın özünün gələcəyində fəlakətlə nəticələnə bilər.

Daha da güclənən ziddiyyətlər çərçivəsində, Blerin baş nazir vəzifəsindən getmək qərarını verməyi ləngitdiyinə etiraz əlaməti olaraq, çərşənbə günü ölkənin hökümət idarələrində səkkiz kiçik nazir istefaya çıxıb. Onlar Blerə istefa verməsi haqqında tələblə kollektiv məktub göndərən 17 leyborist-deputatlar qrupuna daxil idi. Bu barədə İTAR-TASS xəbər verir.

Xəbər lenti

Xəbər lenti